Bakı. Trend:
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsidünya mediasının diqqət mərkəzindədir.
Trend-in xəbərinəgörə, nüfuzlu “Reuters” agentliyinin, ABŞ-ın “US News”, “TheStraitstimes”, “Econotimes” qəzetlərinin, “Global Banking andFinance” internet resursunun, habelə beynəlxalq analitik portalolan “Al-Monotor”un dərc etdiyi “Azərbaycan Qəzzaya sülhməramlıkontingent göndərməyəcək” sərlövhəli xəbərlərdə qeyd olunur ki,Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkəninhüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştiraketmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib.Materialda bununla bağlı yanlış məlumatları təkzib edəndövlətimizin başçısının sözləri sitat gətirilir: “Biz 20 sualdanibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Buməsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansımissiyada heç bir iştirakı nəzərdə tutulmur”.

Türkiyənin aparıcı media orqanları da Azərbaycan Prezidentininyerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildəişıqlandırıb. Qardaş ölkənin televiziya kanalları, xəbəragentlikləri və qəzetləri Azərbaycan liderinin Türk DövlətləriTəşkilatı çərçivəsində müdafiə əməkdaşlığının vacibliyi ilə bağlıfikirlərinə, eləcə də Prezident İlham Əliyevin Türkiyə iləmüttəfiqlik əlaqələrinin dərinləşdirilməsi ilə bağlı açıqlamalarınadiqqət yetiriblər.
Azərbaycan Prezidentinin türk dövlətləri ilə münasibətlərininkişafı ilə bağlı mövqeyi də diqqət mərkəzində olub.
Xəbərlərdə və reportajlarda dövlətimizin başçısının qlobalproseslər, Zəngəzur dəhlizinin işə salınması və Ermənistanlamünasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cariməsələlərə dair fikirləri də yer alıb.

Gürcüstan mediası da Azərbaycan Prezidenti İlham Əliyevin yerliteleviziya kanallarına verdiyi müsahibəni geniş şəkildəişıqlandırıb.
Nüfuzlu “resonancdaily.com”, “bpn.ge”, “interpress.ge”,“qafqazturk.com”, “aktual.ge”, “24news.ge”, “realnews.ge”informasiya portalları, eləcə də “1tv.ge” televiziyası və onunrəsmi internet saytı mövzu ilə bağlı silsilə xəbərləryayımlayıb.

Yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısınınQəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyi, Zəngəzurdəhlizinin işə salınması, Çindən və Orta Asiyadan yüklərin budəhliz vasitəsilə daşınması, eləcə də qlobal proseslər vəErmənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqlamüxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.
Yaxın Şərqin ortaq portalı olan “Salem”, həmçinin “Europa Press”qəzetinin materiallarında qeyd olunur ki, Prezident İlham ƏliyevBakıda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Fələstininsəfirliyinin də fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, ərəbölkələrinin məsələlərini ərəb dövlətlərinin özlərinin həll etməliolduğunu bildirib. Prezident əlavə edib: “Yaxın Şərqdə hansısafəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-nin BMT-dəkisəfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizitəəccübləndirdi. Biz razılıq verməmişik və diplomatik kanallarlaAmerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlarqəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, beləbir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanınrazılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa,bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz”.

Nüfuzlu “əş-Şarq əl-Avsət”, “əl-Quds əl-Arabi”, “əl-Dustur”,“əl-Şuruq”, “samanyus”, eləcə də Fələstinin informasiya portalları,bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərləryayımlayıb.
Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizinbaşçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibindəiştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ iləmünasibətlər əsas diqqət mərkəzində olub.
İspandilli “Demcrata”, “Notimersa”, “Portaltela”, “Teleprensa”,“İtongadol”, “İnfobae” agentlik və portallarında dərc olunanxəbərlərdə də Azərbaycanın dövlət başçısının Qəzzada hər hansıəməliyyatlarda iştirak etməyin qeyri-mümkün olması ilə bağlıfikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham ƏliyevAzərbaycan sülhməramlılarının əvvəllər Kosovo və Əfqanıstandasülhməramlı missiyalar zamanı da heç bir hərbi əməliyyatda iştiraketmədiyini diqqətə çatdırıb.

Beynəlxalq iqtisadiyyat portalı “İnvesting.com”, İsrailin “TheJerusalem Post”, “Israelhayom”, “Time of Israel” qəzetləri, rusdilində nəşr olunan “Vesti İzrail” portalı, Bolqarıstanın “Dnevnik”nəşri, Yunanstanın “Skai” internet resursu da AzərbaycanPrezidentinin Yaxın Şərqdə münaqişələrə dair fikirlərini dərc edib.Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qəzza zolağınasülhməramlıların göndərilməsi ilə bağlı yayılan yanlış məlumatlarıtəkzib edib və bu xəbərlərin ilk mənbəyi olan ABŞ tərəfinədiplomatik kanallarla 20 sualdan ibarət müraciət çatdırdığını,həmçinin bununla bağlı təəssüfləndiyini bildirib.

Prezident İlham Əliyevin müsahibəsindəki əsas məqamlaraPakistanın “Ummat”, “Dawn”, Hindistanın “Shafaqna India”, İranın“Mehr” agentliyi, “Tahlil İran” və “Vista” portallarının dərcetdikləri materiallarda da geniş yer verilib. Qeyd olunub ki,Azərbaycanın dövlət başçısı öz ölkəsinin Fələstinlə bağlı İslamƏməkdaşlıq Təşkilatının qərarlarına qoşulduğunu bildirib, ammaQəzzada, ümumiyyətlə, hər hansı xarici məkanda heç birəməliyyatlarda iştirakın nəzərdə tutulmadığını bəyan edib.