Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.