AZ

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 110 kV-luq "Masazır-1" və "Xırdalan-5" hava xətlərində təmir işi aparılacaq.

Bu barədə Publika.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar saat 09:00-dan saat 15:00-dək Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev, Mehdi Hüseyn küçələri, Müşviq qəsəbəsi, 28 may qəsəbəsinin bir hissəsində, Sumqayıt yolunun ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Seçilən
99
24
publika.az

10Mənbələr