AZ

Ötən gün aşkarlanan qanunsuz odlu silah-sursatın sayı açıqlanıb

Ötən

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, yanvarın 9-da polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 tapança, 13 qumbara, 2 pulemyot, 20 tüfəng, 23 patron darağı və 8518 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
46
32
1news.az

10Mənbələr