AZ

DİN: Çoxlu sayda silah sursat götürülüb, axtarışda olanlar saxlanılıb

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.

DİN-in mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, yanvarın 9-da polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 tapança, 13 qumbara, 2 pulemyot, 20 tüfəng, 23 patron darağı və 8518 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bildirilib ki, həmçinin yanvarın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
5
xalqqazeti.az

10Mənbələr