Tbilisi, 11 yanvar, AZƏRTAC
Gürcüstanın Yuxarı Svaneti bölgəsindəki Tetnuldi dağında Uçqun bələdçi məktəbində qış təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təlim zamanı qar uçqunu baş verib.
Nəticədə təlimdə iştirak edən 15 nəfər qar uçqununun altında qalıb.
Dağ Cığırları Agentliyinin (MTA) xilasetmə xidmətinin əməkdaşları dərhal xilasetmə tədbirlərinə başlayıblar. Nəticədə qar uçqunu altında qalan idmançıların hamısı xilas olunub. Bir nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi