AZ

İbrahimoviçin oğlu atasının sabiq komandasına keçir

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İtaliyanın “Milan” komandasının futbolçusu Maksimilian İbrahimoviç karyerasını Niderland çempionatında davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 19 yaşlı hücumçu “Ayaks”la anlaşıb. Amsterdam təmsilçisi gənc forvardı cari mövsümün sonunadək icarəyə götürməklə bağlı “Milan”la razılığa gəlib.

Müqaviləyə mövsümün sonunda birdəfəlik satınalma bəndi də salınıb.

Qeyd edək ki, Maksimilian İbrahimoviç İsveç futbolunun canlı əfsanəsi Zlatan İbrahimoviçin oğludur.

Əlavə edək ki, Zlatan İbrahimoviç hər iki klubda çıxış edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
6
qafqazinfo.az

10Mənbələr