AZ

İngiltərə nəhəngindən "Real"ın ulduzuna 180 milyonluq TƏKLİF

İngiltərənin "Liverpul" klubu heyətini gücləndirmək məqsədilə İspaniyanın "Real Madrid" komandasında çıxış edən Cud Bellinqemi transfer etməyə çalışır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 180 milyon avro ödəməyə hazırdır. Lakin "kral klubu" bu təklifə müsbət yanaşmır.

Madrid təmsilçisinin baş məşqçisi Xabi Alonso və klubun prezidenti Florentino Peres Bellinqemi komandanın uzunmüddətli əsas fiqurlarından biri hesab edir və onun satılmasını gündəmə gətirmir.

Qeyd edək ki, Cud Bellinqem cari mövsümdə "Real Madrid"in heyətində 22 oyuna çıxaraq 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Hüseyn
Milli.Az

Seçilən
23
milli.az

1Mənbələr