Eşqin Bayramov Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Paralel.az xəbər verir ki , bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Qeyd edək ki, E.Bayramov 2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor, müəllim işləyib.
2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər DMA-nın Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən həftə Hasil Abbasov agentliyə yeni sədr təyin olunub.