Yanvarın 12-də saat 02:20 radələrində 2 azyaşlı (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına, 3 nəfər isə (1 kişi, 2 qadın) Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər (1972-ci il təvəllüdlü S. Hüseynov, 1968-ci il təvəllüdlü G. Rüstəmova, 1994-cü il təvəllüdlü Ü. Hüseynova, 2014-cü il təvəllüdlü Q. Hüseynov və 2017-ci il təvəllüdlü S. Hüseynova) ambulator müalicə üçün evə buraxılıblar.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta