Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC(ADY) 12 yanvar tarixindən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutuüzrə gündəlik sərnişindaşıma xidmətinə başlayıb.
Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, qatarlar hər gün saat 10:10-da Gəncə DəmiryolVağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə QəbələdənGəncəyə hərəkət edir. Səfərin ümumi müddəti 1 saat 50dəqiqədir.
Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmətgöstərilir. Qatarlarda standart, standart+, biznes və birincisiniflər üzrə səyahət imkanları təklif olunur. Biletlərin minimalqiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələistiqamətində isə 1.70 AZN təşkil edir.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiyavə dayanacaqlarından da istifadə edə bilərlər.
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyədə imkan verir. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləkistansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələistiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür.Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-dəLəki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıyagələ bilərlər.
Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqivasitəsilə əldə etmək olar.
Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələriarasında nəqliyyat əlçatanlığının artırılmasına və daxili turizmininkişafına töhfə verəcək. Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundansonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraqbölgələrdə nəqliyyat imkanlarının, regionlararası nəqliyyatbağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.