AZ

Azərbaycanda 8 dövlət qurumu ləğv edilib

Azərbaycanda son 2 ayda 8 dövlət qurumu ləğv edilib, oxşar profilli bəzi qurumlar isə birləşdirilib.

Publika.az xəbər verir ki, həmin qurumların mütləq əksəriyyəti Naxçıvan Muxtar Respublikasında fəlaiyyət göstərirdi. Noyabr ayından etibarən Naxçıvanda 3 dövlət qurumu ləğv edilib, bir sıra qurumlar birləşdirilib.

Qeyd olunmalıdır ki, son dövrlər Naxçıvan Muxtar Respublikasında idarəetmə və institusional strukturda ciddi dəyişikliklər aparılır. Bu dəyişikliklər əsasən ayrı-ayrı dövlət qurumlarının ləğvi, səlahiyyətlərin mərkəzləşdirilməsi və bəzi strukturların birləşdirilməsi ilə müşayiət olunur.

Ləğv edilən qurumlardan biri Muxtar Respublikanın Dövlət Energetika Xidməti olub. Qurum 2017-ci ildə yaradılmışdı və elektrik enerjisinin istehsalı, ötürülməsi, təchizatı və bu sahədə dövlət tənzimlənməsini həyata keçirirdi. Lakin İlham Əliyevin 2025-ci ilin noyabrında imzaladığı sərəncama əsasən Naxçıvanda elektrik enerjisi təchizatının Azərişıq ASC-yə verilməsi bu qurumun funksional əhəmiyyətini aradan qaldırdı və nəticədə xidmət ləğv olundu.

Oxşar proses qaz təsərrüfatı sahəsində də baş verdi. 2025-ci ilin dekbarında Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edildi və bundan sonra bölgədə qaz təchizatına Azəriqaz İstehsalat Birliyi nəzarət edəcək. Qurumun balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinə verilməsi bu keçidin texniki və institusional əsasını formalaşdırdı. Qeyd edək ki, sözügedən xidmət 2019-cu ildə yaradılmışdı.

Seçilən
21
14
publika.az

10Mənbələr