Azərbaycan "Avroviziya 2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək.Bu barədə müsabiqənin rəsmi saytında püşkatamaya əsasən siyahı dərc olunub.
İkinci yarımfinal mərhələsində Azərbaycanla yanaşı, Ermənistan, Bolqarıstan, Çexiya, Lüksemburq, Rumıniya, İsveçrə, Albaniya, Avstraliya, Kipr, Danimarka, Latviya, Malta, Norveç və Ukrayna çıxış edəcək.
İştirakçı ölkələrin hansı nömrə altında çıxış edəcəyi isə yaxın günlərdə məlum olacaq.
Hazırda Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçimi davam edir. Yaxın vaxtlarda Azərbaycanın mahnısı və təmsilçisinin adı açıqlanacaq.
"Avroviziya 2026" mahnı müsabiqəsi bu il Vyanada keçiriləcək. Bu ilki yarışmada 35 ölkə iştirak edəcək.