AZ

Şəkidə DƏHŞƏT - 1 yaşlı körpə qəfil dünyasını dəyişdi - ÖZƏL

Şəkidə 1 yaşlı körpə qəfil dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə Şəki rayonunun Biləcik kəndində baş verib.  

Kənd sakini 2025-ci il təvəllüdlü Zəkəriyayeva Aişə Qoşqar qızının  evdə qəfil halı pisləşib.

Ailəsi körpəni dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparıb. Körpə yolda dünyasını dəyişib. İlkin ehtimala görə, azyaşlının epilepsiyası tutub və onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, beş gün öncə mərhumun 1 yaşı tamam olub.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
128
50
bizim.media

10Mənbələr