AZ

Yaşa görə pensiya 629 manat olacaq Nazir artımları AÇIQLADI

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir. 

Milli.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev deyib. 

Nazir bildirib ki, bu il pensiyaların təqribən 9 faiz artırılması, bunun üçün əlavə illik 636 mln manat vəsait ayrılması nəzərdə tutulur."1.1 milyon vətəndaşın pensiyasının indeksləşməsi gözlənilir. İndeksasiya mexanizmi Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçrilir. Komitə rəqəmləri elan etdikdən sonra məbləğin tam dəqiq şəkildə nə qədər indeksasiya olunacağı bilinəcək." deyə nazir əlavə edib. Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
14
news.milli.az

10Mənbələr