AZ

Ağdərə şəhərinin baş planı hazırdır - FOTO

İşğaldan azad edilən Ağdərə şəhərinin baş planı hazırdır.

Ölkə.az xəbər verir ki, bu barədə Prezidentin izi ilə şəhərə təşkil edilən mediatur çərçivəsində bildirilib.

Qeyd olunub ki, Ağdərə şəhərinin Baş planı artıq təqdim edilib və buna əsasən şəhərdə əhalinin məskunlaşma ərazisi artırılacaq. Belə ki, şəhərin hazırda 444 hektar təşkil edən ərazisi 522 hektara çatdırılacaq. Həmçinin 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır.

Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə çayətrafı bulvar, terras parkı, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır.

Eyni zamanda, Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Həmçinin Ağdərə şəhərinin mənzil fondunun 420 min kvadratmetr olması nəzərdə tutulub. O cümlədən, şəhərdə 80 çarpayılıq xəstəxana, 2520 şagird yerlik 5 məktəb binası, 840 yerlik 5 uşaq bağçası, peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Ağdərə şəhərində əhalinin məskunlaşdırılmasına gəlincə, 2030-cu ilədək şəhərdə 3 min 590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib. (Mənbə "Report")

Seçilən
54
19
olke.az

10Mənbələr