AZ

Tramp Davosa gedəcək


ABŞ Prezidenti Donald Tramp Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, o, bunu işgüzar səfərdə olduğu Miçiqan ştatının Detroyt şəhərinin İqtisadi Klubunda çıxışı zamanı bildirib.
Digər tərəfdən, Dünya İqtisadi Forumunun prezidenti Berge Brendenin daha əvvəl “Reuters” agentliyinə verdiyi məlumata görə, Davos 2026-cı ildə ABŞ-nin ən böyük nümayəndə heyətini gözləyir.
Agentliyin məlumatına görə, Trampı forumda dövlət katibi Marko Rubio, Xəzinədarlıq, Ticarət və Enerji nazirləri, Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, eləcə də, Amerika liderinin kürəkəni Cared Kuşnerin müşayiət edəcəyi gözlənilir.
ABŞ Konqresindən də böyük ikipartiyalı nümayəndə heyətinin Davosda olması istisna deyil.
Qeyd edək ki, 2026-cı ildə forum 19-23 yanvar tarixlərində “Dialoq Ruhu” mövzusunda keçiriləcək.
Seçilən
157
50
yeniavaz.com

10Mənbələr