Ötən il Azərbaycanda əmək pensiyaçıların ümumi sayı 1 milyon 98 min 651 nəfər olub.Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.Onun sözlərinə görə, il ərzində pensiya ödənişlərinə 7,1 milyard manat vəsait xərclənib ki, bu da əhaliyə yönəldilən ümumi sosial ödəniş xərclərinin 97,6 %-dən çoxunu təşkil edib.Z. Mirzəyev qeyd edib ki, ötən il orta aylıq pensiya 2024-cü illə müqayisədə 9,3 % artaraq 543 manata, yaşa görə pensiya isə 9,1 % artaraq 578 manata çatıb.Fond sədrinin sözlərinə görə, orta aylıq pensiya orta aylıq əməkhaqqının 49,9 %-ni, yaşa görə pensiya isə 53,2 %-ni təşkil edir. O vurğulayıb ki, bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40-60 %-lik mütənasiblik normativlərinə tam uyğundur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


