Bakı. Trend:
İnternet informasiya ehtiyatında yayılması qadağan ediləninformasiyaların əhatə dairəsi genişləndirilib.
Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunaedilən dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, internet informasiya ehtiyatının ve onun domenadının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsininistifadəçisi həmin informasiya ehtiyatında(informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılmasıqadağan edilən informasiyanın yerləşdirilməsinə yolverməməlidir:
- kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqiredən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinedilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya beləməzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədənininhissələrinin insan əxlaq normalarına ve milli-mənəvi dəyərlərə ziddformada göstərilməsinə dair məlumatlar.