AZ

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq

Bakı. Trend:

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfəmüsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqladigər şəxslər üçün ödənişli olacaq.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqləsdiyi “Ümumi təhsil haqqında”Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərinişə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqəyolu ilə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfəmüsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlətsosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri vəAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adıalmış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçünödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən edilməlidir.

"Ümumi təhsil haqqında" Qanuna əsasən, dövlət ümumi təhsilmüəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm vəTəhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Müəllimlərin işəqəbulu və yerdəyişməsi Qaydaları"na əsasən tənzimlənir. HəminQaydalara uyğun olaraq müəllimlərin işə qəbulu və yerdəyişməsimüsabiqə yolu ilə həyata keçirilməlidir.

Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədəiştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosialyardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri vəAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adıalmış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
26
37
az.trend.az

10Mənbələr