AZ

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşib

Bakı. Trend:

Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılmasıqaydalarında dəyişiklik edilib.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Mövcud qanunvericiliyə əsasən, hər dəfə əmək haqqı verilərkəntutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının 20 faizindən və müvafiq qanunvericilikdənəzərdə tutulmuş hallarda isə 50 faizindən artıqola bilməz.

Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlərtutularkən bütün hallarda işçinin əmək haqqının 50faizi saxlanmalıdır.

Bu məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərintutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailənidolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuşziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanınödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərintutulmasına şamil edilmir. Qanuna əsasən, belə hallardatutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70faizindən çox ola bilməz.

Seçilən
37
17
az.trend.az

10Mənbələr