Bakı.Trend:
Bu gündən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq90 qəpik təşkil edəcək.
Trend xəbərverir ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərəalternativ kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, ekspres marşrutlarında qiymət müntəzəmmarşrutlardan daha yüksək təyin olunur.
Xatırladaq ki, 594 və 595 nömrəli ekspres marşrutlarında"Neoplan" markalı müasir avtobuslar fəaliyyət göstərir.