ain.az bildirir, Ayna portalına istinadən.
Zaqatalada ailə, Tovuzda dörd nəfər zəhərlənib
Zaqatalada dəm qazından zəhərlənmə baş verib. AYNA.AZ xəbər verir ki, şəhərin Ərəblinski küçəsində qeydə alınıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə zəhərlənən şəxslər bir ailənin üzvləri - 66 yaşlı Sura Səmədova, 32 yaşlı İranə Səmədova, 6 yaşlı İsrafil Səmədsoy və 2 yaşlı Elisa Səmədsoydur. Onlardan Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Tovuz rayonunda da dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Məlumata görə, hadisə rayon ərazisində baş verib. Belə ki, 1955-ci il təvəllüdlü S. Həsənov, 1989-cu il təvəllüdlü E. Həsənov, 1960-cı il təvəllüdlü G. İbrahimova və A. Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslərdən S. Həsənov və A. Həsənova Bakı şəhərindən Tovuza qonaq gəliblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.