Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu,əsasən yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılıolacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərindəyağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışınsulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyiəsəcək.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-4° isti olacaq.Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununaenəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabiryağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrıyerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdəarabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-4° isti, dağlardagecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz3-7° şaxta olacaq.
Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.