Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.
Onun bu hərəkəti müzakirələrə səbəb olub və sərt tənqid edilib.
Məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən sorğumuza belə cavab verildi: “Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləmiş Habil Eyvazov uzun müddətdir ki, bizimlə çalışmır. Bu gün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq”.
Qeyd edək ki, bu barədə ilk Demokrat.az saytı məlumat yayıb.
Həmin videonu təqdim edirik: