Bakı, 19 yanvar, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti yanvarın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə AZƏRTAC-a xidmətdən məlumat verilib.
Bildirilib ki, Neftçala və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Daşkəsən, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.