Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
2018–2023-cü illərdə Azərbaycanda ali təhsil müəssisələrini bitirənlərin ümumi sayı 120 min 776 nəfər olub.
Bu barədə Dövlət Məşğulluq Agentliyinin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, məzunların 58,6%-i, yəni 70 min 769 nəfəri işlə təmin edilib, qalan hissə isə əmək bazarında yer tapa bilməyib.
Məzunların işlə təmin olunma səviyyəsinə görə ən yüksək göstərici Bakı Ali Neft Məktəbində qeydə alınıb. Bu ali məktəbin məzunlarının 67,3%-i iş tapıb. Ən aşağı nəticə isə Odlar Yurdu Universitetinə məxsusdur — burada məzunların 69,5%-i işsiz qalıb.
İşlə təmin olunan məzunların əməkhaqqı göstəriciləri də diqqətçəkəndir. Belə ki, 41 min 69 nəfər, yəni işləyən məzunların 58%-i 400 manatdan aşağı maaş alıb. Digər tərəfdən, aylıq əməkhaqqısı 1551 manatdan yuxarı olan məzunların sayı olduqca azdır — cəmi 582 nəfər.
Hesabatda 2018–2023-cü illər ərzində universitet məzunlarını ən çox işə qəbul edən 10 qurum da açıqlanıb. Bu siyahıya 1 203 nəfərlə “Araz Supermarket” MMC başçılıq edir. Onu “Kapital Bank” ASC (994 nəfər), Bakı Şəhəri Təhsil İdarəsi (858 nəfər) və “Dost İş Mərkəzi” MMC (708 nəfər) izləyir. İlk onluqda həmçinin “ABC-Telecom” MMC (“Kontakt Home”) – 557 nəfər, “Unibank KB” ASC – 516 nəfər, “McDonald’s” ASC – 503 nəfər, “OBA Market” MMC – 496 nəfər, “ANC Group” MMC (“Rahat market”) – 492 nəfər və “Azərbaycan Supermarket” MMC (“Bravo market”) – 487 nəfər yer alıb.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.