AZ

Ceyhun Bayramov Hakan Fidanla danışdı

20 yanvar 2026-cı il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu haqda Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
24
17
yenisoz.az

10Mənbələr