AZ

Vaqif Allahverdiyevə HÖKM OXUNDU

Hazırda ABŞ-də yaşayan və Azərbaycanda dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən sonuncu iclasda oxunan qiyabi hökmlə V.Allahverdiyev səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vaqif Allahverdiyev barəsində əvvəlcə Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar) ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bloqer istintaqdan yayınaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində axtarış elan olunub.

Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Həmin il sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək, V.Allahverdiyev Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaşlar, zorakılıq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, yaxud hakimiyyət orqanlarının qanuni tələblərinə tabe olmamaq) maddəsi ilə də təqsirləndirilib.

Seçilən
18
4
publika.az

10Mənbələr