AZ

Yanvarın 22-də havanın temperaturu dəyişəcək

Azərbaycanda yanvarın 22-də hava yağmursuz olacaq.Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək.Gecə və səhər yollar buz bağlayacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.

Seçilən
14
41
metbuat.az

10Mənbələr