AZ

Yanvarın 22 də gözlənilən hava şəraiti Yollar buz bağlayacaq

ain.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
49
marja.az

10Mənbələr