AZ

Bu banka yeni sədr təyin edildi – FOTO

“Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə Bankın İdarə Heyətinin (İH) üzvü Günel Nəbiyeva sədr təyin edilib.

KONKRET.az xəbər verir ki, o, 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2008-ci ildə isə magistr pilləsində bitirib.

G. Nəbiyeva bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir, 2006-cı ildən “Unibank” ASC-də, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif rəhbər vəzifələr tutub, 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində (AİH) Baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb, 2022-2025-ci illərdə “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibində yer alıb, 2025-ci ilin dekabr ayından İH-nin üzvü seçilib.

G.Nəbiyeva AİH-dəki fəaliyyəti dövründə ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Bakı Metropoliteni” QSC-nin və “BakuBus” MMC-nin Müşahidə Şuralarının üzvü təyin edilib.

Xatırladaq ki, “Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,08 %-i “Zıraat Bank İnternational”a, 6,55 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

“Azər-Türk

 

Seçilən
23
12
konkret.az

10Mənbələr