AZ

Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

Bakı.Trend:

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrinqanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirir. Növbətitədbir zamanı əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 24yaşlı Əliağa Novruzzadə saxlanılıb.

Trend xəbərverir kİ, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, onun üzərindən və yaşadığı evdən çoxsaylı bükümdəümumi çəkisi 20 kiloqram 486 qram tərkibinə zərərli maddələr əlavəolunmuş marixuana və narkotiklərin satışında istifadə edilənelektron tərəzi aşkarlanıb.

Ə.Novruzzadə narkotikləri sosial şəbəkədə tanış olduğuşəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi iləəldə etdiyini bildirib. O, bükümlərə ayırdığı narkotik vasitələripaytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə fotovə video çəkilişlər vasitəsilə iranlı narkotacirə məlumatverib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Seçilən
59
18
az.trend.az

10Mənbələr