AZ

Rəhman Hacıyev “Kəpəz”ə üz tutdu – ARENA.AZ

“Neftçi”nin və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Rəhman Hacıyev bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yarım mövsümlük (2026-cı ilin 30 iyununadək) müqavilə imzalanıb.

Xatırladaq ki, Rəhman Hacıyev 2025-ci ilin yayında “Neftçi”dən azad agent kimi ayrılaraq “Səbail”lə 1+1 illik müqavilə bağlamışdı. Lakin o, Premyer Liqada çıxış edən “Kəpəz”dən aldığı dəvətə görə Birinci Liqa klubu ilə erkən vidalaşmağı üstün tutub.

Hacıyev daha öncə uzun illər “Neftçi”də (233 oyun, 24 qol, 22 məhsuldar ötürmə) çıxış edib. O, karyerası ərzində “Şamaxı” (53 oyun, 11 qol, 7 asist), “Bakı” (43 oyun, 2 qol), “Sumqayıt” (18 oyun, 3 qol) və “Qaziantep”də (8 oyun, 1 qol) də oynayıb.

Hacıyev Azərbaycanın U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2015-ci ildə əsas millimizdə debüt edib. Amma 31 yaşlı futbolçu millimizdə keçirdiyi 8 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
34
14
arena.az

10Mənbələr