AZ

Yalnız bu şəxslər əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər – Yeni qərar

Bakı. Trend:

Əczaçılıq fəaliyyəti ilə məşğul olmanın hüquqi əsaslarındadəyişiklik edilib.

Trend-inməlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayevmüvafiq Qərar imzalayıb.

“Dərman vasitələrinin topdansatışına dairtələblər”

Mövcud qanunvericiliyə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrindəhazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul olabilərlər.

Qərara əsasən, azı 5 il müddətində fasiləsiz olaraqixtisasları üzrə işləməmiş əczaçılar, o cümlədən əczaçılıq ixtisasıüzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsinibitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraqixtisasları üzrə işləməmiş əczaçılar Səhiyyə Nazirliyinintabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraqsertifikasiya imtahanından keçdikdən sonra əczaçılıq fəaliyyəti iləməşğul ola biləcəklər.

“Aptek təşkilatlarına dair tələblər və aptektəşkilatlarından dərman vasitələrinin buraxılmasıQaydaları”

Mövcud qanunvericiliyə görə, aptekdən həkim resepti iləburaхılan dərman vasitələrinin satışı “Əhalinin sağlamlığınınqorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiyadan keçmişəczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsizburaxılan dərman vasitələrinin və digər tibb təyinatlı mallarınsatışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislərtərəfindən həyata keçirilir.

Qərara əsasən, aptekdən reseptlə və ya reseptsiz buraxılandərman vasitələrinin, o cümlədən digər tibb təyinatlı mallarınsatışı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununtələblərinə uyğun olaraq sertifikasiya şəhadətnaməsi qüvvədə olanəczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almışəczaçılar tərəfindən həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, qərar yanvarın 6-da qəbul edilib,yanvarın 14-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,yanvarın 15-də qüvvəyə minib.

Seçilən
85
27
az.trend.az

10Mənbələr