AZ

Kevin Medina Çempionlar Liqasının ən yaxşıları arasında – ARENA.AZ

“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox top qazanan futbolçuların siyahısında yer alıb.

Arena.az xəbər verir k, kolumbiyalı oyunçu bu göstəriciyə görə 5-ci pillədə qərarlaşıb.

32 yaşlı futbolçu ÇL-in Liqa mərhələsindəki 7 matçın hamısında iştirak edib. Kevin Medina bu görüşlərdə 52 dəfə buna nail olub.

İlk sırada İspaniyanın “Atletik” klubundan Aytor Paredes (68) yer alıb. İtaliyanın “Atalanta” komandasından Odilon Kossunu (56) ikinci, Qazaxıstan təmsilçisi “Kayrat”da çıxış edən Yeqor Sorokin (54) üçüncü, Çexiyanın “Slaviya” (Praqa) klubundan David Zima (53) dördüncüdür.

Xatırladaq ki, “Qarabağ” ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasını doğma meydanda 3:2 hesabı ilə məğlub edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
52
11
arena.az

10Mənbələr