AZ

Qızıl bahalaşmaqda davam edir: 4950 dolları ötdü

COMEX birjasında bu ilin fevral ayı üzrə qızıl fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 3-də 0,86% artaraq 4955,6 dollara yüksəlib.

    Bakıvaxtı.az xəbər verir ki, qızılın son ticarət qiyməti isə 4 942,8 ABŞ dollarına bərabər olub. Ümumilikdə gün ərzində qiymət 35 dollar artıb.

    Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,33% bahalaşaraq 4 952,31 ABŞ dolları səviyyəsində formalaşıb.

    Qeyd edək ki, qızıl qiymətlərində müşahidə olunan artım əsasən qlobal bazarlarda risk iştahasının zəifləməsi və investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə izah olunur.

    Seçilən
    42
    7
    bakivaxti.az

    10Mənbələr