Azərbaycanın gənclər və idman nazirinin müşaviri Hikmət Babayev işdən çıxarılıb.
"Yeni Sabah" demokrat.az-a istinadla xəbər verir ki, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Hikmət Babayev müşavir vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə Hikmət Babayev idman komplekslərindən birinə direktor müavini təyin edilib.
H.Babayev 2023-cü ildən sözügedən vəzifədə çalışırdı. O, mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur.
Telegram kanalımız