AZ

Kvinten Timber Marsel “Olimpik”ində! – ARENA.AZ

Niderland millisinin və “Feyenoord”un mərkəz yarımmüdafiəçisi Kvinten Timber bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Liqa təmsilçisi bu transfer üçün “Feyenoord”a 4,5 milyon avro ödəyib. 24 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilin 30 iyununa qədərdir.

Kvinten Timber “Feyenoord” və “Ayaks” klublarının yetirməsidir. O, bir müddət “Utrext”də də çıxış edib. Yarımmüdafiəçi “Feyenoord”un heyətində bütövlükdə 125 oyun keçirib, 21 qol və 17 məhsuldar ötürmə müəllifi olub. O, Niderland çempionatının cari mövsümündə 17 matçda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Niderlandın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış yarımmüdafiəçi 2024-cü ildə əsas millidə debüt edib. Kvinten Niderland yığmasında keçirdiyi 8 oyunda 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Kvinten İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Yurrien Timberin əkiz qardaşıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
65
8
arena.az

10Mənbələr