AZ

Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb

Bakı, 24 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 25 tüfəng, 5 patron darağı və 427 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
60
49
azertag.az

10Mənbələr