BAKI, 24 yanvar. TELEQRAF
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 25 tüfəng, 5 patron darağı və 427 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.