AZ

Salyandakı qəzada xəsarət alan 7 nəfərin SON VƏZİYYƏTİ

Salyanda baş verən zəncirvari qəzada xəsarət alan 7 nəfərin son vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

“Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir”, - məlumatda qeyd olunub.

Bizim.Media

Seçilən
67
8
bizim.media

10Mənbələr