AZ

Samuxda mikroavtobus aşdı - Ölən və xəsarət alanlar var

Samuxda fəhlələri işə daşıyan mikroavtobusun aşması nəticəsində ölən və yaralananlar var. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.  

Belə ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb.  

Qəza zamanı 2000-ci il təvəllüdlü V.Əsgərov həyatını itirib.   Xəsarət alanlardan hələlik  M.Zülfüqarovun adı məlum olub. Digər yaralıların kimliyi müəyyənləşdirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
24
1
bizim.media

10Mənbələr