AZ

Samuxda fəhlə daşıyan sərnişin mikroavtobusu aşıb: Ölən və xəsarət alanlar var

Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan "Qazel" markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış. Ölən şəxs sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
19
far.az

10Mənbələr