Samuxda fəhlə daşıyan sərnişin mikroavtobus aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.
Redaktor.az xəbər verir ki, ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir (APA).
***
Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, qəza Qızılca–Samux avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan, fəhlə daşıyan “Qazel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır (APA).