Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.