AZ

Salyanlı "Burak Özçivit” gündəm oldu – VİDEO

Sosial şəbəkələrdə "Azərbaycanlı Burak Özçivit" kimi tanınan Salyanlı gənc geniş marağa səbəb olub.

Milli.Az xəbər verir ki, əyləncə xarakterli çəkilən video qısa müddətdə minlərlə baxış toplayaraq gündəmə çevrilib.

Videoda yer alan gənc oğlanın məşhur türk aktyoru Burak Özçivitə heyrətamiz dərəcədə bənzəməsi izləyicilərin diqqətindən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri onun görünüşünü aktyorla müqayisə edərək, oxşarlığın olduqca çox olduğunu bildiriblər.

İzləyicilər arasında aparılan müzakirələrdə "Buraka çox bənzəyir", "Azərbaycanlı Burakdır", "Hətta Burakdan daha yaraşıqlıdır" kimi rəylər üstünlük təşkil edib. Video qısa zamanda müxtəlif platformalarda paylaşılıb və geniş müzakirələrə yol açıb.

Sözügedən görüntülər əyləncə məqsədilə çəkilsə də, sosial şəbəkələrdə böyük maraq doğuraraq izləyicilərin diqqət mərkəzinə çevrilib.

Musa
Milli.Az

Seçilən
56
50
milli.az

10Mənbələr