Şirvanda 36 yaşlı şəxsi bıçaqlayan yaxalanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-nın sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törədən Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü İbrahim Abdullayev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.