AZ

Buzovnanın bəzi ərazilərində işıq olmayacaq

BAKI, 26 yanvar. TELEQRAF

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Teleqraf-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.

"Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsi Abşeron, Cəfər Cabbarlı, Məmməd Namazov, Sidqi Ruhulla küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə qurumdan qeyd edilib.

Seçilən
33
49
teleqraf.com

10Mənbələr