Bugündən ümumi təhsil müəssisələrində qış tətili başlayır.
Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.
5 gün davam edəcək tətil məktəbəhazırlıq qruplarına da şamil edilir.
Fevralın 1-i bazar gününə düşdüyündən tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.